“Sabah”ın rəqibləri həmin tarixdə bəlli olacaq

sabahin-reqibleri-hemin-tarixde-belli-olacaq
Oxunma sayı: 487

UEFA Çempionlar Liqasının Liqa mərhələsində püşkatmanın keçiriləcəyi vaxt müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Sabah”ın da yer alacağı yarışın püşkatması avqustun 27-də Bakı vaxtı ilə saat 20:00-da Monakoda keçiriləcək.

Qeyd edək ki, “Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.