Sabir Rüstəmxanlının müavini Milli Şuradan çıxarıldı

sabir-rustemxanlinin-muavini-milli-suradan-cixarildi
Oxunma sayı: 1817

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri və sərd müavini Samir Əsədli Milli Şuradan çıxarılıb.

"Qafqazinfo" lent.az-a istinadən xəbər verir ki, Milli Şuranın Koordinasiya Şurası noyabrın 1-də keçirilən parlament seçkilərində namizəd olduğu üçün Samir Əsədlinin qurumdan çıxarılması barədə qərar qəbul edib.

Məlumata görə, Milli Şura rəhbərliyi S.Əsədliyə parlament seçkilərində iştirak etməməsini tövsiyə edib. O, isə VHP-nin seçkilərdə iştirak qərarının olduğunu və seçkilərdə iştirak edəcəyini bildirib.

Samir Əsədli açıqlamasında Milli Şuradan çıxarıldığı təsdiqləsə də, bu barədə başqa heç nə deməyib.