Sağ qalan pilotun müəmmalı müsahibəsi - Arxası kameraya, əlində isə...

sag-qalan-pilotun-muemmali-musahibesi
Oxunma sayı: 7625

Türkiyənin hava sərhədini pozduğu üçün vurduğu Su-24 təyyarəsinin sağ qalan ikinci pilotu ilə bağlı maraqlı iddia yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə pilot Konstantin Muraxtinin dünən Rusiya telekanallarına verdiyi müsahibənin videosu yayılıb. Videoda diqqətçəkən məqam isə o olub ki, jurnalistlərin suallarını hərbçi arxası kameraya cavablandırıb. Buna səbəb isə pilotun əlindəki kağızı gizlətməyə çalışması göstərilir. İddialara görə, Muraxtin ona əvvəldən verilən kağızdakı mətni danışıb, hətta səhifəni çevirdiyi zaman çıxan səs aydın eşidilir.

Qeyd edək ki, pilot müsahibəsində Türkiyə tərəfindən hava sərhədinin pozulmasına dair onlara heç bir xəbərdarlıq edilmədiyini bildirmişdi.