Şahdağ və Gədəbəydə qar yağıb - Faktiki hava

sahdag-ve-gedebeyde-qar-yagib
Oxunma sayı: 3468

Balakən, Şəki, Mingəçevir, Zaqatala, Sarıbaşda (Qax), Ağstafa, Ceyrançöl, Gəncə, Tovuz, Yevlaxda arabir yağış, Şahdağ, Gədəbəydə qar yağıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi yerlərdə cənub-qərb küləyi arabir güclənib.

Küləyinin maksimal sürəti: Naftalanda 32 m/s, Gəncədə 30 m/s, Tərtərdə 28 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Bərdədə 22 m/s, Şəki, Zaqatalada 20 m/s, Tovuzda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.