Ermənistan Parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 152-ci sessiyasında iştirak etmək üçün aprelin 15-dən 19-dək İstanbula səfər edəcək.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Simonyan jurnalistlərə açıqlamasında bildirib.
Qeyd olunub ki, onun İstanbulda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü planlaşdırılır.
Simonyan həmçinin Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko ilə qeyri-rəsmi görüşünün də keçirilməsini istisna etməyib.
Son xəbərlər
Son Xəbərlər