Şan-şöhrət eşqinə düşmüsən demək?

san-sohret-esqine-dusmusen-demek
Oxunma sayı: 1223


Dialoq


A. – Xəstələnmişəmmi? Sağalmışammı?

       Mənə qulluq edən kim idi, görən?

       Bütün olanları necə unutdum?


B. – İndi inanıram sağalmağına – 

       İnsan unudubsa, demək sağalıb.

***

Şan-şöhrət eşqinə düşmüsən demək?!

Onda gəl qulaq as bu sözlərimə:

Yazıq deyilsənmi, – onlarsız yaşa –

Şərəflə!


***


Barmaq ucunda dayanmaq gözəl,

Dörd ayaq üstünə sürünməkdənsə.

Açar yerindən də asanca keçər, 

Açıq qapılarda baş əyməkdənsə.


***

Qısqanmadan baxır o – sən də hörmət edirsən.

Hörmət-zad qanan deyil, hər nə etsə razısan.

Uzağı yaxın edən qartal baxışları var,

Amma səni görməz heç – hey uzaqlara baxar.


***


Ömrün-günün yarsın verdin yellərə,

Vaxt ötdü, ürəyin səksəkədədir.

Əlac nə, – kəndir çeynəməlisən,

Gəzdiyin itikdi – nə edəcəksən?

Ömrün-günün yarsın verdin yellərə,

İndi  için-çölün qüsur, günahdı.

Neynirsən bilməyi nə niyə oldu,

Səbəbi hər şeyin onsuz aydındı.


***

Seçim iradəsi azad, hürdürsə,

Bəri başdan seçim, elə həməncə.

İstəyim budur ki: cənnətdə bir yer –

O yeri də qapı ağzındaca ver.

***

Gəlib girmə ta ağzımın içinə,

Bir az aralı dur, seç bir uzaq yer,

Yoxsa necə deyim, ağız dolusu –

“Sevgilim, əzizim ulduza bənzər”.

***

Cüt ağrıya dözmək daha asandı.

Tək ağrı çəkməyə de gücün varmı?

***

Nədənsə xoş gəlmir heç,

Mənə bu darruhlular –

Dar ruha nə yaxşılıq, 

nə də ki, pislik sığar.


Tərcümə edən: Fərid Hüseyn