Şəhidin anası vəfat etdi

sehidin-anasi-vefat-etdi
Oxunma sayı: 628

Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin anası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhid anası Gülçöhrə İbrahimova yaşadığı Ağdam rayonunun Xındırıstan kəndində dünyasını dəyişib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Qəşəm 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və 9 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra bir neçə medalla təltif edilib.