Şəhid kapitan Xəyyam Əliyev dəfn edildi - Fotolar

sehid-kapitan-xeyyam-eliyev-defn-edildi
Oxunma sayı: 5690

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17” tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olan kapitan Xəyyam Əliyev Əmircan qəbiristanlığında dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin dəfn mərasimindən fotoları deputat Etibar Əliyev paylaşıb.

“Atası Əlixan müəllimin cənazəni qaldırarkən söylədiyi bir fikir heç zaman yadımdan çıxmayacaq: “Oğlum, mən sənin çiynində getməliydim, sən mənim başımın üstündə getdin””, - deyə deputat statusuna əlavə edib.

Qeyd edək ki, Xəyyam Əliyevin atası Əlixan Əliyev bu gün şəhidlərlə keçirilən vida mərasimində də çıxış edib. O bildirib ki, oğlunun ölümünə görə ömür boyu əzab-əziyyət çəkəcək, amma şəhidliyi ona dözüm verəcək.

Həmçinin oxuyun: “Ömür boyu əzab çəkəcəyəm, amma şəhidliyi mənə dözüm verir” - Video