Şəkidə 2 nəfərin güllələnərək öldürülməsinin - Təfərrüatı - Foto

sekide-2-neferin-gullelenerek-oldurulmesinin
Oxunma sayı: 9412

Xəbər verdiyimiz kimi, Şəkinin Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlu güllələnərək qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisənin otlaq sahəsinə görə baş verməsi məlum olub.

Belə ki, 1965-ci il təvəllüdlü Namiq Məmmədov torpaq sahəsində mal-qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə onların həmkəndlisi İsrafil Məmmədsoy da qoşulub. Yaranmış münaqişə səbəbindən Namiq həmkəndlilərini güllələyərək öldürüb. Qətlə yetirilən şəxslərdən İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri vəzifəsində çalışırmış. Hadisədən sonra Namiq Məmmədov özünə xəsarət yetirib və xəstəxanaya çatdırılıb.

Qətlə yetirilən şəxslərdən İsrafil Məmmədsoyun fotosunu təqdim edirik: