Şəkidə ağır qəza, ölən var

sekide-agir-qeza-olen-var
Oxunma sayı: 644

Bu gün gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markakı avtomobil ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb.

T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.