Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.
“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bəxtiyar Osmanov icra başçısının müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, B.Osmanov uzun illərdir icra hakimiyyətində başçının müavini vəzifəsində çalışırdı. Onu bu vəzifəyə 2004-2019-cu illərdə rayonun başçısı olmuş mərhum Şəmsəddin Xanbabayev təyin etmişdi.
Ötən ilin sentyabrında Bəxtiyar Osmanovun 50 yaşı tamam olub və həmin vaxt icra başçısı onu yubileyi ilə əlaqədar təltif edib.
Xatırladaq ki, Şəmsəddin Xanbabayev ötən ilin yanvar ayında 85 yaşında yaşadığı Xaçmaz şəhərində vəfat edib və Bakıdakı “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Son xəbərlər
Son Xəbərlər