Şenol Günəşdən məğlubiyyət şərhi

Şenol Günəşdən məğlubiyyət şərhi
Oxunma sayı: 3447

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin ikinci oyununda Uelsə məğlubiyyətdən danışıb. 

“Qafqazinfo” xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Adaptasiya problemi yaşadıq. Sonradan özümüzə gəldik. Rəqib sürpriz qol vurdu. Müdafiənin arxasına atılan gözlənilməz ötürmədən qol buraxdıq. İlk yarıda yaxşı deyildik, amma ikinci hissədə daha yaxşı oynadıq. Çalışdıq ki, qol vuraq, hücumlar etməyə başladıq. Amma rəqib ikinci qolu vurdu. Bununla da şanslarımız çox azaldı. Bu gün biz də 2:0 və ya 1:0 qazana bilərdik. Lakin rəqib çox intizamlı oynadı”.

- Niyə komanda belə səhvlər etdi?
- Komandamız gəncdir. Rəqibin topu az futbolçu ilə belə bizim qapıya tərəf hücum etməsi təcrübədir. Top saxlamaq baxımından daha yaxşı oynadılar. Amma ikinci hissədə hücum etmək istədik. Lakin 2-3 ötürmədən sonra səhv etdik. İkinci qol zamanı futbolçuların diqqəti tamam zəifləmişdi. Bu bizim üçün təcrübə oldu. 

- İtaliya oyununda yaradıcı yarımmüdafiə yox idi. Seçimlərinizdə yanıldığınızı qəbul edirsiniz?
- Səhvlər mənimdir. Lakin seçimlərimizə təsir edən amillər var idi. Bunu öz fikrinizlə qətiləşdirməyiniz doğru deyil. Okay Yokuşlu və Ozan Tufandan daha yaradıcı oyunu gözləyirdim.