Sərdar Fərəcov xəstəxanaya yerləşdirildi - Yenilənib

serdar-ferecov-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2828

Xalq artisti Sərdar Fərəcov xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, APA-ya bununla bağlı məlumatı S.Fərəcovun qızı Selcan Heydərova verib.

O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir: “Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir”.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti Sərdar Fərəcov sentyabrın 6-sı saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.

Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub. 

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Huşu aydın, hemodinamik göstəriciləri stabildir.