Sərxoş kişi “KamAZ”oğurladı, həbs edildi - Video

serxos-kisi-kamazogurladi-hebs-edildi
Oxunma sayı: 1135

Xudatda “KamAZ” markalı yük avtomobili oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, oğurluqda şübhəli bilinən Seymur Qafarzadə saxlanılıb.

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən tutulan Qafarzadə hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu deyib.

Baxış zamanı onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.

Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Yusif Mirzəyev də saxlanılıb. Həmin şəxsdən isə narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktlarla  bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.