Səsvermə başladı

sesverme-basladi
Oxunma sayı: 1045

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər.

Qeyd edək ki, MSK-nın açıqlamasına görə, Azərbaycanda hazırda 6 421 960 nəfər seçici var. Həmçinin azad olunmuş ərazilərdə 42 mindən çox seçici Milli Məclisə seçkilərdə səs verəcək.

125 deputat mandatı uğrunda ümumilikdə 990 namizəd mübarizə aparır.