Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Düşən yağıntının miqdarı Qusarda 30, Şabranda 28, Kişçayda (Şəki) 22, Oğuzda 15, Quba, Sarıbaşda (Qax) 14, Xızı, Gədəbəydə 10, Şamaxıda 7, Qobustanda 6, Göyçay, Lerik, Xaltan, Şahbuzda 5, Qəbələdə 4, Astara, Zaqatalada 3, Şahdağda 2, Daşkəsən, Qax, İsmayıllı, Kürdəmir, Sabirabad, Biləsuvar, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.
Son xəbərlər
Son Xəbərlər