“Şöhrət” ordenli azərbaycanlı alim vəfat etdi

sohret-ordenli-azerbaycanli-alim-vefat-etdi
Oxunma sayı: 3439

Azərbaycan elminə ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, avqustun 8-də Fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Respublika və Beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə vəfat edib.

R. Mahmudzadə 1970-ci illərin əvvəllərində ölkədə ilk dəfə olaraq 164, sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin banisi olub. 1989-cu ildə Respublikada məktəblərdə kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin başçısı olub.

Azərbaycanda proqramçıların yetişməsində müstəsna rolu olan, informatikanın inkişafına ciddi töhfələr vermiş, informatika fənni üzrə olimpiada hərəkatının əsasını qoyan 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının, 1994-cü ildən isə Beynəlxalq olimpiada komandasının rəhbəri olub.

Prezident 2005-ci ildə Ramin Mahmudzadəni “Şöhrət” ordeni ilə təltif edib. O, 2020-ci ildə “Əməkdar müəllim” adını alıb.