Son iki ildə ABŞ-yə 14-cü səfərini edəcək

son-iki-ilde-abs-ye-14-cu-seferini-edecek
Oxunma sayı: 1039

Argentina Prezidenti Xavyer Miler bu gün ABŞ-yə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Argentina liderinin Mətbuat xidməti yayıb.

Bu, Mileyin 2023-cü ilin dekabrında hakimiyyətə gəlməsindən bu yana ABŞ-yə 14-cü səfəri olacaq. 

Onun Mayamidə “American Business Forum” forumunda iştirakı gözlənilir. Həmin tədbirdə həmçinin ABŞ Prezidenti Donald Tramp və argentinalı futbolçu Lionel Messi də iştirak edəcək. 

Miley ABŞ-də bir neçə digər tədbirə də qatılacaq.