Sonra paltarını soyundurdular…

sonra-paltarini-soyundurdular
Oxunma sayı: 2457


Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. 

“Qafqazinfo” 68 yaşı münasibətilə hörmətli şairimizi təbrik edir, ona uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzu edir. Bu məqamda Ramiz Rövşənin “Azad qadın heykəli”nə şeirini oxuculara təqdim edir:


Yox, sənin canın da daşdan deyilmiş

Gör səni nə günə qoydular, Qadın?!

Əvvəlcə çadranı açdılar sənin… 

Sonra paltarını soyundurdular…

Sora səni soğan kimi qat qat soydular, Qadın!

Zalımların gözüdə yaşarmadı

Bu quldurlar içində de,

Səni soymağı, kim bacarmadı?

Bir sevginin işıği düşmüşdü üz-gözünə,

soydular…

O ışığı da soydular,

Qurmadığın ev eşiyi

Doğmadığın uşağıda soydular….

Gör səni nə günə qoydular, Qadın?!

Sonra abrın, həyan soyuldu, getdi,

Sonra səbrin, dözümün

Göz yaşlari taladı…soydu getdi gözünü…

Gözlərin lüm-lüt qaldı…

Sonra gözlərindən öptülər yenə….

Adına nəğmələr goşdular Qadın…

Səndən ötrüymüş, sən demə

İnqilablar…savaşlar…

Axan qanlar, kəsilən başlar, Qadın!

İnqilabı neynirsən ki?

Sən özün inqilabsan,

Sən başdan ayağa oxunmamış kitabsan!

Kimsə səni gözlərindən oxumağa başladı

Kimsə ayaqlarından…

Amma heç kəs oxuyub sona çatmadı

Ortada ilişib qaldı hamısı…

Nə üstdən aşağı, baxırsan bizə?

Yoxsa bizi də sən doğmusan,Qadın?

Sənin doğduqların azad deyilsə,

Özün necə azad olmusan, Qadın?

Yox…. sənin azadlığın yarımçıqdı, deməli?

Sən də yarımçıqsan, biz də yarımçıq

Yaxşımız da, pisimiz də yarımçıq.

Sən bizi təzədən doğ, azad qadın heykəli

Amma cırtdan doğma,

Sən bizi div doğ!

Amma yarımçıq yox,

Bizi bütöv doğ…

Onda sən də tamam azad olarsan

Ey mənim daş anam Azad Olarsan..