Sovet kosmonavtı vəfat etdi

sovet-kosmonavti-vefat-etdi
Oxunma sayı: 3054

Sovet pilot-kosmonavtı, iki dəfə SSRİ Qəhrəmanı adına layiq görülən Vladimir Aksenov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, Aksenov “Soyuz-22” və “Soyuz T-2” kosmik gəmilərində bort mühəndisi olub. Onun kosmosa ilk səfəri 1976-cı ildə baş tutub.