Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı

soyqu-ivanovu-vezifesinden-uzaqlasdirdi
Oxunma sayı: 2216

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu rüşvətə görə həbs edilən Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS-a departamentdəki mənbə məlumat verib.

“Rusiya Federasiyasının müdafiə nazirinin əmri ilə Timur İvanov federal dövlət qulluğunda müdafiə nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb”, - agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Moskvanın Basman rayon məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. T.İvanov iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq. 

İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.