“SpaceX” orbitə daha 23 peyk çıxardı

spacex-orbite-daha-23-peyk-cixardi
Oxunma sayı: 909

ABŞ-nin “SpaceX” şirkəti 23 minipeykdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı “SpaceX” yayıb. 

“Starlink” peykləri Floridada “Falcon 9” raketi ilə orbitə göndərilib.

Qeyd edək ki, “SpaceX” artıq orbitə 5700-dən çox belə peyk çıxarıb. Onların bir qismi sıradan çıxıb və yaxud orbiti tərk edib. 5300-dən çox cihaz isə orbitdə işlək vəziyyətdədir.