“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”

sulh-muqavilesi-ve-onun-5-prinsipinin-tesebbuskari-azerbaycandir
Oxunma sayı: 2339

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ona sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan olduğunu xatırladıb.

“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.