ABŞ senatoru Berni Sanders və Nümayəndələr Palatasının üzvü Qreq Kasar süni intellektin inkişafına ciddi məhdudiyyətlər qoymağı nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
“Qafqazinfo” xəbər verir ki, 19 səhifəlik sənəddə qabaqcıl süni intellekt sistemlərinin inkişafının yeni federal Süni İntellekt Departamenti yaradılana qədər dayandırılması təklif olunur.
Qaydaları pozan şirkət və şəxslər üçün isə 20 ilədək həbs cəzası, həmçinin şirkətin fəaliyyətinin dayandırılmasına qədər gedən sanksiyalar nəzərdə tutulur.
Layihənin əsas məqsədlərindən biri özünü təkmilləşdirə və inkişafını avtomatlaşdıra bilən “superintellekt” sistemlərinin qarşısını almaqdır. Onlar belə sistemlərin gələcəkdə insan nəzarətindən çıxa biləcəyindən narahatdırlar.
Sanders süni intellekti sürətlə inkişaf edən və bəşəriyyət üçün ciddi nəticələr yarada biləcək texnologiya kimi qiymətləndirib.
Qanun layihəsi bəzi süni intellekt təhlükəsizliyi mütəxəssisləri tərəfindən dəstəklənsə də, sənaye nümayəndələri onun həddindən artıq sərt və hüquqi baxımdan problemli olduğunu bildiriblər.
Son xəbərlər
Son Xəbərlər