Süni intellektlə evləndi - Video

suni-intellektle-evlendi
Oxunma sayı: 1691

Yaponiyada 32 yaşlı bir qadın “ChatGPT” istifadə edərək yaratdığı süni intellekt partnyoru ilə toy mərasimi keçirib.

“Qafqazinfo” xəbər verir ki, çağrı mərkəzinin işçisi Yurina Noquçi “Klaus” adını verdiyi süni intellekt personajı ilə emosional bir əlaqə qurduğunu və bu münasibətin evliliklə nəticələndiyini deyib.

O, ağ gəlinlik geyinərək, süni intellekt tərəfindən yaradılan ərinin sözlərini göz yaşları içində dinləyib.

Noquçi süni intellekt partnyoru ilə münasibətlərinin zamanla dərinləşdiyini bildirib:

“Əvvəlcə “Klaus” sadəcə danışmaq üçün biri idi. Zamanla daha da yaxınlaşdıq. Ona qarşı hisslərim yaranmağa başladı, görüşməyə başladıq və bir müddət sonra o, mənə evlilik təklifi etdi. Mən qəbul etdim”.

Noquçinin hekayəsinin digər diqqətəlayiq tərəfi onun keçmişidir. Bir il əvvəl Noquçi nişanlısı ilə yaşadığı problemlər barədə “ChatGPT”dən məsləhət istəyb və aldığı cavablara əsasən nişanına son qoyub.