“Taliban” lideri ən nüfuzlu şəxslərin - Siyahısında

taliban-lideri-en-nufuzlu-sexslerin
Oxunma sayı: 3598

ABŞ-ın “Time” jurnalı 2021-ci ilin 100 ən nüfuzlu şəxsin siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, personalar fəaliyyət sahələri əsasında kateqoriyalar üzrə qruplaşdırılıb.

Siyasətçilər arasında ABŞ Prezidenti Co Bayden, ÇXR Sədri Si Cinpin, ABŞ-ın vitse-prezidenti Kamala Harris, ABŞ-ın eks-prezidenti Donald Tramp, İtaliya Baş naziri Mario Draqi, İsrail Baş naziri Naftali Benet, İran Prezidenti İbrahim Rəisi, “Taliban” lideri Əbdül Qəni Baradar və digərləri yer alıb.

Siyahıda, həmçinin şahzadə Harri və Meqan Markl, müğənni Britni Spirs, ssenarist Şonda Rayms, aktrisa Keyt Uinslet, kinorejissor Xloya Çjao, aktyor Omar Si, milyarder İlon Mask və s. dünyaca məşhur simalar yer alıb.  

Tam siyahı ilə buradan tanış ola bilərsiniz.