“Qarabağ”la yollarını ayıran Abdullah Zubir transfer olunduğu Səudiyyə Ərəbistanının “Əl-Uruba” klubunda çıxış edə bilməyəcək.
“Qafqazinfo” xəbər verir ki, hazırkı klubu “Əl-Uruba” maliyyə təminatını verə bilmədiyindən futbolçu qeydiyyatdan keçirilməyib.
Bildirilib ki, Zubir hazırda azad agentdir.
Qeyd edək ki, Zubir “Qarabağ”ın heyətində 8 il çıxış edib. O, Ağdam klubunun heyətində 379 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən mövsüm “Qarabağ”ın heyətində Çempionlar Liqasında da iştirak edib.
Son xəbərlər
Son Xəbərlər