Samuxda 2 nəfər bıçaqlandı - Saxlanılan var - Yenilənib

samuxda-2-nefer-bicaqlandi
Oxunma sayı: 1582

Samuxda 39 yaşlı qadın bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova və Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü Elşən Əsgərov qarının kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəni törətməkdə S.Abbasovanın qardaşı şübhəli bilinir.

Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.

***

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Əsgərova və S.Abbasovaya kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.

Yunis Quliyev