Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur.
Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, 78 yaşlı A. Şarovski bu gün vəfat edib.
***
“Aleksandr Şarovski ilə çox böyük söhbətlərimiz olub. O mənim mərhum atamın çox yaxın dostu idi”.
Bu sözləri Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Oleq Əmirbəyov Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimində deyib.
“Aramızda çox səmimi və maraqlı söhbətlər olurdu. Çox təəssüf ki, belə söhbətlər zaman azlığına görə hər zaman baş vermirdi.
Onun çox böyük planları var idi. Sonuncu görüşümüzdə də bu barədə danışmışdıq. Qarşıda həyata keçirmək istədiyi çoxsaylı layihələri, arzuları və ideyaları vardı. Çox təəssüf ki, onların hamısı yarımçıq qaldı.
Bu gün bizim kollektivimizin hər bir üzvü üçün danışmaq çox çətindir. Mənim üçün də onun haqqında danışmaq olduqca ağırdır. Aleksandr Şarovskini böyük hörmət və sevgi ilə xatırlayıram. Onunla bağlı çoxlu xatirələrimiz var və əminəm ki, bu xatirələr hər zaman bizimlə olacaq”,- deyə o bildirib.
***
Xalq artisti ilə vida mərasimi başa çatdı.
***
Mərhum sənətkar İkinci Fəxri xiyabanda dəfn olundu.
Lamiyə Məmmədova




Son xəbərlər
Son Xəbərlər