“Aleksandr əsl bakılı idi, o, Azərbaycanı çox sevirdi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Aleksandr Şarovskinin həyat yoldaşı Natalya Şarovskaya mərhum sənətkarın vida mərasimində deyib.
“Mənim üçün danışmaq çox çətindir, sadəcə onu deyə bilərəm ki, o, çox yaxşı insan idi. Aleksandr ömrünün böyük hissəsini teatra həsr edib, onun inkişaf etdirilməsinə xidmət göstərib. O, teatra çox bağlı adam idi, teatr onun həyatı idi”, - deyə N.Şarovskaya bildirib.
O, Xalq artistinin səhhətinə diqqət göstərdikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə edib.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər