Şəmistan Əlizamanlının mahnıları Türkiyə filmində səsləndirildi - Video

semistan-elizamanlinin-mahnilari-turkiye-filminde-seslendirildi
Oxunma sayı: 683

“TRT”də yayımlanan 15 bölümdən ibarət “Asırlık gece” adlı bədii-sənədli filmdə Şəmistan Əlizamanlının mahnıları səsləndirilib.

“Qafqazinfo” xəbər verir ki, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı, diktor Ş.Əlizamanlının iki mahnısından serialda istifadə olunub.

Belə ki, 8-ci və 15-ci bölümlərdə (final) “Salam, dar ağacı” mahnısı səslənib. 14-cü bölümdə isə “Zafer bismillah” mahnısı yer alıb. Bu mahnının sözləri Əhməd Cavada, musiqisi isə Şəmistan Əlizamanlıya məxsusdur.

Qeyd edək ki, Ş.Əlizamanlı bundan öncə də “Diriliş Ərtoğrul” serialında rol alaraq “Zafer bismillah” mahnısını ifa etmişdi.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Dosent Dr. Hüseyn Aydının “Asırlık gecə” kitabı əsasında hazırlanan bu filmdə məhz həmin gecə baş verən hadisələrin çoxşaxəli təsviri yer alıb.

İfaçının mahnılarının səsləndiyi filmdən həmin hissələri təqdim edirik: