Tarixi qələbədən sonra döyməsi ilə gündəm oldu - Foto

tarixi-qelebeden-sonra-doymesi-ile-gundem-oldu
Oxunma sayı: 11407

Çempionlar Liqasının əsas mərhələsində “Benfika”nın qapısına həlledici qolu vuran “Qarabağ”ın ukraynalı legioneri Aleksey Kaşuk kürəyindəki döymə ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra köynəyini çıxararaq qələbəni qeyd edən 25 yaşlı yarımmüdafiəçinin kürəyində Ukrayna xəritəsinin döyməsi diqqət çəkib.

Qeyd edək ki, iki gün öncə “Qarabağ” “Benfika”ya 3:2 hesabı ilə qalib gəlib. Sonuncu, 3-cü qolu matçın 87-ci dəqiqəsində A.Kaşuk vurub.