Tayvandakı zəlzələdə ölənlərin sayı artdı

tayvandaki-zelzelede-olenlerin-sayi-artdi
Oxunma sayı: 2406

Tayvanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, zəlzələdən sonra yaradılan Təcili Yardım Mərkəzinin verdiyi açıqlamaya görə, axtarış-xilasetmə qrupları Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha bir nəfərin cəsədini tapıb.

Şəxsiyyət vəsiqəsindən onun 21 yaşlı Hu soyadlı qadın olduğu müəyyənləşib.

Beləliklə, ölənlərin sayı 13-ə yüksəlib.

Rəsmi məlumatlara görə, indiyədək zəlzələ nəticəsində 1145 nəfər xəsarət alıb.