İranda iqtisadi vəziyyətin ağırlaşması və milli valyutanın kəskin ucuzlaşması fonunda Tehranda baş qaldıran etiraz aksiyaları iki həftəyə yaxın müddətdir davam edir.
“Qafqazinfo”nun məlumatına görə, şəhərin müxtəlif ərazilərində yolları bağlayan və barrikadalar quran nümayişçilər təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə üzləşib.
Məlumatlarda aksiyaların dağıdılması zamanı hüquq-mühafizə orqanlarının gözyaşardıcı qazla yanaşı, odlu silahlardan da istifadə etdiyi bildirilir.
Tehrandan anbaan görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər