Təqaüdə çıxmağa hazırlaşan müəllim dərsdə öldü

teqaude-cixmaga-hazirlasan-muellim-dersde-oldu
Oxunma sayı: 6024

Astaranın Artupa kənd məktəbinin tarix müəllimi dərs zamanı vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Əliyev Baloğlan İsmayıl oğlu dərsdə olarkən qəfil halı pisləşib, oradaca keçinib.

Qeyd edək ki, Baloğlan müəllim Astara Təhsil Sektorunun metodisti olub. Onun 65 yaşı yaxın günlərdə tamam olub, təqaüdə çıxmağa hazırlaşırmış.

Surxay Şahbazov