Teymur Rəcəbov xəstələndi, yarışı yarımçıq dayandırdı

teymur-recebov-xestelendi-yarisi-yarimciq-dayandirdi
Oxunma sayı: 1921

Azərbaycan şahmatçısı Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək. 

“Qafqazinfo”nun məlumatına görə, T.Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb. 

Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.