“Biman Bangladesh Airlines” şirkətinin Londondan Banqladeşə uçan reysində iki sərnişin arasında başlayan şifahi mübahisə qısa müddətdə yumruq davasına çevrilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə təyyarədə, uşaqlar və yaşlılar da daxil olmaqla, digər sərnişinlərin gözü qarşısında qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə iki sərnişinin əvvəlcə mübahisə etdiyi, daha sonra isə əlbəyaxa olduğu görünür. Dava zamanı sərnişinlərdən birinin köynəyinin cırıldığı bildirilib.
Dava şiddətləndikdən sonra kabin heyəti və digər sərnişinlər iki şəxsi ayırmağa çalışıblar. Müdaxilədən sonra vəziyyətin nəzarətə alındığı qeyd edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. “Biman Bangladesh Airlines” rəsmiləri insidentlə bağlı araşdırma aparıldığını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər