Tez-tez qəza etdiyi maşınını belə “cəzalandırdı” - Fotolar

tez-tez-qeza-etdiyi-masinini-bele-cezalandirdi
Oxunma sayı: 2930

Türkiyənin Antalya şəhərinin Alanya səmtində tez-tez qəza edən sürücü avtomobilini yaşadığı binanın divarından asıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, 47 yaşlı Mehmet Aydın sonuncu dəfə avtomobili ilə qəza etdikdən sonra bu qərara gəlib.

O, kran vasitəsilə avtomobilini ikimərtəbəli evinin damından kəndirlə asıb.

Təxminən bir ton ağırlığında olan 32 yaşlı avtomobilin divardan asıldığını görənlər çox təəccüblənib.

Aydın avtomobilinin digər avtomobillərə və divarlara çırpıldığı üçün onu kəndirlə bağlamaq kimi cəza verdiyini deyib. O, maşında nəyəsə ehtiyacı olanda nərdivandan istifadə etdiyini bildirib:

“Avtomobilimlə kiçik qəzalar törətdim. Bir ay əvvəl sürücülük vəsiqəm getdi. Günah kimdədir deyə düşündüm…Günah mənim avtomobilimdədir. Ona görə də maşınımı asdım”.

O, əlavə edib ki, maşınını 2 il buradan endirməyəcək.