“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik”

tezlikle-irana-qarsi-boyuk-qelebe-elde-edeceyik
Oxunma sayı: 387

ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbələrlə iqtisadi müharibənin kombinasiyasını effektiv adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu açıqlamanı Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirib.

“Biz Venesuelada uğur qazanmışıq və tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik. Mən İrana zərbələrin iqtisadi müharibə ilə birləşdirilməsini çox effektiv hesab edirəm”, - deyə Tramp bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, “iranlılar hiperinflyasiyadan əziyyət çəkirlər və onların iqtisadiyyatı gözlərimiz qarşısında çökür”.