Tibb işçilərinə əlavə ödənişdəki narazılıqla bağlı - Rəsmi açıqlama

tibb-iscilerine-elave-odenisdeki-naraziliqla-bagli
Oxunma sayı: 5368

“9483 tibb işçisinin, 1083 qeyri-tibb işçisinin əmək haqqısına əlavələr ödənilib”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. 

O deyib ki, bunun üçün 6 milyon manat vəsait ödənilib: “Bəzən tibb işçiləri qaydaları ya səhv başa düşürlər, ya da müəssisə rəhbəri yanlış təqdim edib. Qərara görə, həmin şəxslər işlədiyi günün haqqının əlavəsini alır. Bir nəfər ay ərzində bir dəfə işə çıxıbsa, bütün ayın yox, bir günün əmək haqqısının əlavəsini alır”.

Z. Əliyev deyib ki, mart ayında 10 mindən çox tibb işçisi koronavirusla mübarizəyə cəlb edilib.

Murad Əhməd