Tokayev Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin etdi

tokayev-dovlet-tehlukesizlik-xidmetine-yeni-rehber-teyin-etdi
Oxunma sayı: 3008

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Saken İsabekovun respublikanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

İsabekov bundan əvvəl dövlət mühafizə xidməti rəhbərinin müavini - prezidentin mühafizə xidmətinin rəhbəri vəzifəsində çalışıb. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Yermek Saqimbayev Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.

Həmçinin oxuyun: Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri dəyişdi