“Tosuncuk”un qardaşı da həbs edildi

tosuncukun-qardasi-da-hebs-edildi
Oxunma sayı: 3894

“Çiftlik Bank”ın qurucusu, “Tosuncuk” ləqəbli Mehmet Aydının qırmızı bülletenlə axtarılan qardaşı Fatih Aydın da həbs edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, F.Aydın Uruqvayda saxlanılıb. Onun ekstradisiyası üçün heyət Uruqvaya yola düşəcək.

Qeyd edək ki, dələduzluq edərək insanların pulunu mənimsəyən Mehmet Aydın Braziliyada polisə təslim olmuşdu. O, hazırda Ədirnə Qapalı Həbsxanasındadır.