Çörək daşıyan maşın 74 yaşlı qadını vurub öldürdü - Foto

corek-dasiyan-masin-74-yasli-qadini-vurub-oldurdu
Oxunma sayı: 414

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Səhər saatlarında yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Ədalət Bayramovanı çörək daşıyan avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev