Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir

tovuzda-qadin-bogazindan-bicaqlandi
Oxunma sayı: 581

Tovuzda bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva boğaz nahiyəsindən bıçaqlanıb.

O, ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İnsidenti törətməkdə onun həyat yoldaşı Nəbi Nəbiyev şübhəli bilinir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Yunis Quliyev