“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu

trabzonsporun-yeni-bas-mesqcisi-belli-oldu
Oxunma sayı: 475

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Super Liqa təmsilçisini Tomas Rays çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssislə bu gün müqavilə imzalanacaq.

Qeyd edək ki, Tomas Raysın son iş yeri “Ludoqorets” olub. 52 yaşlı məşqçi daha əvvəl Türkiyədə “Samsunspor”a rəhbərlik edib.