“Tramp Marşrutu”nu həyata keçirmək üçün şirkət yaradılacaq

tramp-marsrutunu-heyata-kecirmek-ucun-sirket-yaradilacaq
Oxunma sayı: 488

“Ermənistanda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsini həyata keçirmək üçün Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company” qeydiyyatdan keçiriləcək”​. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Xarici Siyasət Cəmiyyətində çıxışı zamanı bildirib. 

“Bu şirkət dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, həmçinin fiber-optik kabellər üçün lazım olan infrastrukturu inkişaf etdirmək hüququna malik olacaq”, - Baş nazir deyib.

O, layihənin praktiki icrasına və tikinti işlərinə gələn il başlanılacağını əlavə edib. 

Paşinyanın sözlərinə görə, “Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqəsi Orta Dəhlizin mühüm tərkib hissəsi ola, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında fasiləsiz əlaqəni təmin edə bilər.