Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi

tramp-onun-vefatina-gore-bayraqlari-yariya-endirtdi
Oxunma sayı: 1056

ABŞ Prezidenti Donald Tramp amerikalı musiqiçi Dolli Partonun vəfatı ilə əlaqədar olaraq bütün ABŞ ərazisində bayraqların bir həftə müddətinə yarıyadək endiriləcəyini elan edib.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda “Truth Social” platformasında yazıb.

“Bu, milyonlarla insan üçün böyük itkidir. Onun kimi biri nə olub, nə də olacaq. Onun xatirəsinə hörmət əlaməti olaraq bu axşam saat 18:00-dan etibarən bir həftə ərzində bütün ABŞ ərazisində Amerika bayraqlarının yarıyadək endirilməsi barədə göstəriş verirəm”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 25-də amerikalı sənətçi Dolli Parton 80 yaşında vəfat edib.