ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması ilə bağlı Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “The Guardian” nəşri məlumat yayıb.
Bildirilib ki, Tramp ÜST-ü Covid-19 pandemiyasını və digər xəstəlikləri səhv idarə etməkdə ittiham edib.
ABŞ 12 aydan sonra ÜST-ü tərk edəcək və onun işinə bütün maliyyə töhfələrini dayandıracaq.
Qeyd edək ki, Amerika ÜST-ün ən böyük maliyyə dəstəkçisidir və onun ümumi maliyyəsinin təxminən 18%-ni verir. ÜST-ün 2024-2025-ci illər üçün büdcəsi isə 6,8 milyard dollar olub.