“Tramp ya müharibəni davam etdirməli, ya da...”

tramp-ya-muharibeni-davam-etdirmeli-ya-da
Oxunma sayı: 1410

ABŞ və İran arasındakı hərbi qarşıdurma Vaşinqton üçün ciddi strateji çıxılmaz vəziyyətə çevrilib.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, analitik Mark Çempion öz məqaləsində Prezident Donald Tramp və Pentaqon rəhbəri Pit Heqsetin aydın bir strategiya olmadan “ideoloji motivli” düşmənlə müharibəyə girdiyini vurğulayıb.

Müşahidəçinin fikrincə, İranın “ağrı həddi” ABŞ və müttəfiqlərindən daha yüksək olduğu üçün Tehran ağır itkilərə baxmayaraq, müqaviməti davam etdirə bilir:

“ABŞ-də isə əhalinin əksəriyyəti müharibəyə qarşı çıxır və benzinin qiymətinin artması daxili narazılığı alovlandırır. ABŞ və İsrailin bu münaqişədəki maraqları kəskin şəkildə fərqlənir. İsrail üçün İranın daxili sabitliyi və ya neft bazarlarındakı dalğalanmalar önəmli olmasa da, bu amillər Vaşinqton və onun Avropadakı müttəfiqləri üçün kritik əhəmiyyət kəsb edir. Hazırda Tramp administrasiyası çətin seçim qarşısındadır: ya sürətli qələbə ümidi ilə müharibəni davam etdirməli, ya da bu vəziyyətdən çıxmaq üçün “şərəfsiz bir yol” tapmalıdır”.

Xatırladaq ki, martın 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard da Vaşinqton və Təl-Əvivin məqsədlərinin fərqli olduğunu təsdiqləmişdi. İsrailin Baş naziri Benyamin Netanyahu isə İranın hərbi potensialının tamamilə çökdüyünü iddia etsə də, ekspertlər Tehranın hələ də Hörmüz boğazını bağlamaq və enerji infrastrukturuna dron zərbələri endirmək gücündə olduğunu bildirirlər.