Trampdan İrana sərt xəbərdarlıq - “Yalnız bir şərtlə”

trampdan-irana-sert-xeberdarliq
Oxunma sayı: 5196

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran arasında razılaşma yalnız İranın tam təslim olması ilə mümkündür.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media platformasında yazıb.

“Çoxlu böyük və çox cəsur müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İranı uçurumdan geri çəkmək, onu iqtisadi baxımdan daha böyük, daha yaxşı və həmişəkindən daha güclü etmək üçün yorulmadan çalışacağıq”, - Amerika lideri bildirib.